Tarzan rolu ilə dünyada tanınan amerikalı aktyor Joe Lara vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktyorun mindiyi təyyarə qəzaya uğrayıb, Tennessedə gölə düşüb. Bu faciəli qəzada 6 nəfər və eləcə də 58 yaşlı Joe Lara da dünyasını dəyişib.
Qeyd edək ki, hal-hazırda qəzanın baş vermə səbəbi araşdırılır və göldə qəzaya uğrayan insanların cəsədləri axtarılır.
Xatırladaq ki, 1962-ci ildə dünyaya gələn Joe Lara gəncliyində musiqi ilə məşğul olub. Daha sonra isə, 1989-cu ildə "Tarzan Manhattan"da, 1996-1997-ci illərdə isə"Tarzan-Epik macəralar" filmində rol alıb. Bu filmlərdə Joe baş rollarda oynayaraq böyük şöhrət qazanıb.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB