Rusiyanın İnvestisiya Fondunun (RDİF) rəhbəri Kiril Dmitriyev, Rusiyanın "Sputnik V" koronavirus peyvəndi üçün dünyada böyük tələbat olduğunu söyləyib. SİA-nın verdiyi xəbərə görə, Kiril Dmitriyev, "Russia 1" televiziyasına danışarkən, Rusiyanın yeni növ koronavirus pandemiyasına qarşı hazırladığı "Sputnik V" peyvəndinin dünya miqyasında tanındığını deyib: "Biz həqiqətən, dünyada rus peyvəndinə böyük tələbat görürük və bu, həm effektivlik, həm də təhlükəsizlik baxımından ən yaxşı nəticəni göstərməsidir".
Rus rəsmisi, "Sputnik V"-nin effektivliyini təkcə rus tədqiqatçıları deyil, eyni zamanda Meksika, Argentina, Macarıstan və bir çox rus peyvəndi istifadə edən ölkələrin məlumatları ilə təsdiqləyib.
Rusiyada hazırlanan "Sputnik V" peyvəndi hazırda 3.2 milyarddan çox əhalisi olan 66 ölkədə mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB