Əfqanıstanın Pərvan əyalətində bir universitet avtobusunun bombalanması nəticəsində ən azı dörd nəfər ölüb, 13 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə yerli telekanal “Tolo News” həkimlərə istinadən məlumat yayıb.
Televiziya kanalının verdiyi məlumata görə, bomba Baqram bölgəsində partlayıb. Partlayışın hədəfinin universitet müəllimlərini daşıyan bir avtobus olduğu aydınlaşıb.
Yerli TV telekanalı da öz növbəsində Daxili İşlər Nazirliyinə istinadən qurbanların arasında həm müəllimlərin, həm də şagirdlərin olduğunu bildirir.
Nəzərə çatdıraq ki, bu günə qədər heç bir qrup partlayış üçün məsuliyyəti öz üzərinə götürməyib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB