Belarusiya Belavia hava yollarının baş direktoru İqor Çerqines, Ryanair təyyarəsi ilə bağlı beynəlxalq araşdırmanın nəticəsi olmadığı təqdirdə Qərb tərəfindən şirkətə qarşı uçuşlarda məhdudiyyətlərin tətbiq edilməsini utancverici, rüsvayçılıq adlandırıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, baş direktor tətbiq olunanın onunla heç bir əlaqəsi olmadığını bəyan edib.
Qeyd edək ki, bir qədər əvvəl Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Ryanair təyyarəsinin Minskə enməsi ilə bağlı vəziyyəti araşdırmağa başlayacağını açıqlayıb.
Mayın 23-də Afinadan Vilnusa uçan Ryanair təyyarəsi, sonda öz təsdiqini tapmayan, yalan bomba xəbərdarlığı ilə əlaqədar bir mesaj səbəbi ilə təcili olaraq Minsk hava limanına enib.
Belarusiyada ekstremist kimi tanınan “Nexta” Telegram kanalının qurucusu Roman Protaseviç bu təyyarədə olub və əvvəllər başlanmış cinayət işlərində təqsirli bilinən Protaseviç sənədləri yoxlanılarkən tutulub. Bir sıra Avropa ölkələri, Minskin uydurma bir bəhanə ilə təyyarəni hava limanına enməyə məcbur etdiyini, Belarus hava yolları şirkətlərinin ərazisi üzərindən keçməsini qadağan etdiyini və Minskə qarşı əlavə sanksiyalar tətbiq edilməsini düşündüyünü bəyan ediblər. Bu səbəbdən Belavia uçuşları ləğv etmək məcburiyyətində qalır və eyni zamanda yeni marşrutlar axtarır.
Bildirilir ki, "ICAO Şurası toplanıb və Ryanair təyyarəsinin Minskə enməsini 25 iyuna qədər araşdırmaq qərarı verilib. Ancaq bu gün istintaqın başlamasını gözləmədən yuxarıda qeyd olunan ölkələr faktiki olaraq əsassız şəkildə Belaviaya qarşı sanksiyalar tətbiq ediblər və bu hadisəyə barədə Çerqines öz "Facebook" səhifəsində yazıb.
O, yazıb ki, Qərb ölkələrinin addımlarında yalnız Belarus hava yollarının enməsi üçün ölkələrini deyil, hava dəhlizlərini də bağlamaq üçün "açıq şəkildə planlaşdırılan hərəkətləri" görünür.
"Pasportlarından asılı olmayaraq, insanlar bizə istehza edirlər. Bu, günahkar şəxslərin ola biləcəyi hadisənin araşdırılmasından əvvəl atılan addımdır və bu, əlbəttə ki, demokratiyanın əsaslarının tamamilə pozulmasıdır. Günahsız Belavia həqiqətən istintaqa başlamadan belə cəzalandırılır və bu çirkinlikdir", deyə baş direktor fikirlərini bildirib. O, qeyd edib ki, "qonşular həmişə olduğu kimi bununla pul qazanmağa qərar veriblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB