Koronavirusdan daha 401 nəfər ölüb - RUSİYADA

Koronavirusdan daha 401 nəfər ölüb - RUSİYADA

Rusiyada son sutka ərzində koronavirusa 9289 yeni yoluxma halı qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, ölkə üzrə virusa yoluxanların sayı 5 053 748 nəfərə çatıb.

Rusiyada son sutkada 401 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 120 807 nəfərdir. İndiyə qədər 4 670 484 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə