Ermənistanda son sutka ərzində daha 42 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 222 555 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4428-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1081 nəfərdir.
Aktiv xəstələrin sayı 4294 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB