İspaniyanın şərqindəki Kastelyon əyalətindəki bir limanda bir gəminin aşması nəticəsində iki nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə ölkənin Dəniz Xilasetmə Xidmətindən məlumat verilib.
"Kastelyon limanında Nazmiye Ana gəmisi yüklərinin boşaldılması anında qəzaya uğrayıb, aşıb və bu zaman 2 nəfər itkin düşüb, hansıki, indi onların axtarışı davam etdirilir. Gəmi isə salamat qalıb", deyə xilasedicilərin "Twitter" səhifəsində yazılır.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatı bir neçə gəmi və dalğıc tərəfindən aparılır.
Həmçinin “Rais” qəzetinin yazdığına görə, Nazmiye Ana ticarət gəmisində Panamanın bayrağı dalğalanırdı və göyərtəsində doqquz ekipaj üzvü olub. Gəminin yüklərinin boşaldılması başlayarkən gəmi çevrilib. Nəticədə, bir heyət üzvü və limanın yük təmsilçisi olmaqla, iki nəfər itkin düşüb. Bundan əlavə bir ekipaj üzvü sudan tapılıb və ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həmçinin, daha iki nəfər yaralanıb ki, onlara da tibbi yardım göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB