Vyetnam Səhiyyə Nazirliyi, koronavirusun mövcud Britaniya və Hindistan ştamlarına xas olan yeni bir variantının tapıldığını elan edib. SİA xəbər verir ki, bu barədə "VnExpress" nəşri məlumat yayıb.
Vyetnamın Səhiyyə Nazirliyinin şöbə müdiri Nquen Txan Lonq, bir neçə xəstənin analizlərinin genetik sıralanması sayəsində eyni anda iki ümumi koronavirus variantının olduğunu təyin edib və bu barədə söyləyib.
Nəşr yazır ki, koronavirusun Vyetnamda aşkarlanan hibrid növü daha çox yoluxucudur və asanlıqla hava yolu ilə yayılır. Bildirilir ki, eyni zamanda koronavirusun yeni variantı ölkədə qeydə alınan yeni xəstəlik hallarının sayının sürətlə artmasına səbəb olur.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB