Ukrayna 2007-ci ildən Rusiya ilə müharibəyə hazırlaşır VİKTOR NAZAROVUN ETİRAFLARI
Ukrayna Silahlı Qüvvələrinin General-mayoru Viktor Nazarov, Kiyevin 2007-ci ildən bəri Rusiya ilə müharibə planı hazırladığını etiraf etdi. SİA xəbər verir ki, general-mayor bunu UkrLife.tv kanalının efirində açıqlayıb.
Nazarovun sözlərinə görə, Ukrayna Baş Qərargahı, 10 fevral 2007-ci il tarixində Münhen Təhlükəsizlik Konfransında Rusiya prezidenti Vladimir Putinin çıxışından sonra Moskva ilə silahlı qarşıdurmaya hazırlaşmağa başlayıb.
"Biz dənizdən əlverişli hava şəraiti gözləmədik. Hər şeyə dair sənədlər və əməliyyat planları hazırlandı və bunlar arasında Rusiya ilə müharibə də var idi", deyə Nazarov etiraf edib.
Eyni zamanda, generala görə, Krımın Rusiyaya birləşdirilməsi Ukrayna Silahlı Qüvvələri üçün “sürpriz” oldu.
"Strategiya baxımından gözlənilməz deyildi. Amma Krımda istifadə etdikləri taktikalar isə, bəli, olduqca gözlənilməz oldu", deyə Ukrayna Silahlı Qüvvələrinin General-mayoru Viktor Nazarov fikirlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB