ABŞ-ın COVID-19-un mənşəyi ilə bağlı bir hesabat yayımlamaq niyyəti siyasi bir oyun, eləcə də günahı başqalarına yükləmək cəhdidir. SİA xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zjao Liszyan brifinq zamanı deyib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden, koronavirusun mənşəyi barədə əvvəllər bilmədiyi bir şey aşkarlanmayacağı təqdirdə, tam bir hesabat yayacağını söyləmişdi.
"Virusun mənşəyi çətin bir elmi sualdır. ABŞ bu dəfə kəşfiyyat xidmətlərinə elmi nəticələr çıxartmaq icazəsi verməyə çalışır. Bu yalnız ABŞ-ın həqiqətlə maraqlanmadığını, heç bir elmi araşdırma istəmədiyini göstərir və bu, sadəcə bir siyasi oyun, günahı başqalarının üstünə atmaq və məsuliyyəti öz üzərindən götürmək üçün bir cəhddir", deyə Zjao Liszyan bildirib.
O, əlavə edib ki, son vaxtlar Amerika tərəfinin virusun mümkün laborator mənşəyini araşdırmaq zərurətinin ortaya çıxması ABŞ-ın "gizli məqsədlərindən" və "pis niyyətlərindən", xəbər verir.
Xatırladaq ki, bir qədər əvvəl Ağ Ev, bir elmi laboratoriyada qəza səbəbi ilə koronavirusun yayılma versiyasını istisna edilmədiyi barədə bir xəbər yayıb. Mart ayında isə ÜST, COVID-19-un laboratoriyadan sızması kimi versiyaların araşdırılması, koronavirusun mənşəyinin müəyyənləşdirilməsi üçün təşkilatın beynəlxalq bir mütəxəssis qrupunun Uhan şəhərinə səfəri barədə hesabatının tam versiyasını yayımlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB