Məcburi vaksinasiya olunma barədə MAKRON BƏYAN EDİB

Məcburi vaksinasiya olunma barədə MAKRON BƏYAN EDİB

Fransa prezidenti Emmanuel Makron bəzi vətəndaş qrupları üçün məcburi aşı tətbiq edilməsini istisna etmir. SİA xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

"Bütün qapılar açıqdır", deyə Makron bildirib.

Fransa Səhiyyə Nazirliyinin son məlumatlarına görə, 23,7 milyon fransız ilk koronavirus peyvəndini qəbul edib. Bu ölkədə 10.8 milyon vətəndaşa iki peyvənd vurulub.

Xatırladaq ki, bir qədər əvvəl də Makron, yay fəslinin sonuna qədər hamının peyvənd edilməsi məqsədini bəyan etmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə