Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Belarusiyalı həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
SİA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Məlumata əsasən, liderlər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin aktual məsələlərini və iki dövlətin birgə layihələrini müzakirə edəcəklər:
"Gündəlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinin aktual məsələləri, habelə Birlik Dövləti daxilində inteqrasiyanın təşviqinin mövzusu durur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB