Belarus Qazaxıstanla neft tədarükünə dair razılaşma imzalamaq istəyir

Belarus Qazaxıstanla neft tədarükünə dair razılaşma imzalamaq istəyir

Belarus Qazaxıstanla neft tədarükünə dair razılaşmanın imzalanmasında maraqlıdır.
SİA yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarusun Baş naziri Roman Qolovçenko Qazaxıstanlı həmkarı Askar Maminlə görüşü zamanı bildirib.
"Belarus və Qazaxıstan Hökumətləri arasında neft və neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Sazişin bağlanmasının perspektivlərini müzakirə etmək istərdim. Qazaxıstan üçün maraqlı olarsa biz bu istiqamətdə çalışmağa hazırıq”, - deyə Qolovçenko bildirib.
Qeyd edək ki, Askar Mamin Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Minskə gedib.
Xatırladaq ki, Belarus 2019-cu ilin ortalarında Qazaxıstanla neft idxalına dair danışıqlara başlamışdı. Belarus tərəfi ildə təxminən 3,2-3,5 milyon ton neft və neft məhsulları idxal etməyə hazır olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə