Çikaqo musiqiçisi Kevin Alexander Klark velosiped sürərkən avtomobil tərəfindən vurularaq qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xəstəxanaya aparılan Klark xilas edilə bilməyib.
Hələ 13 yaşında olan Kevin Alexander Klark, 2003-cü ilin məşhur filmlərindən biri olan Rok Skulda oynayan və musiqiçi olaraq yoluna davam edən Freedy "Spazzy McGee" Jones obrazı ilə şöhrət qazanıb.
Velosipedi ilə səyahət edən Klark avtomobil tərəfindən vurulub. Xəstəxanaya aparılan musiqiçi həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. Avondaledə yaşanan hadisədə Klarkı vuran vasitənin sürücüsünün 20 yaşındakı gənc bir qız olduğu açıqlanıb
Ziya Yaqubzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB