Erməni müxalifətini ümidləndirən nüanslar…

Erməni müxalifətini ümidləndirən nüanslar…

...Neçə illərdir ermənilərə ümidlər verib onları “işıqlı bir gələcəyə” aparacaqlarını deyən erməni başbilənlərinin yalanları artıq üzə çıxmaqdadır. Bunu ermənilər arasında aparılan rəy sorğusu da təsdiq etməkdədir. Belə ki, ötən gün CALLUP Beynəlxalq Assosiasiyasının Ermənistandakı nümayəndələri sorğu keçirib və sorğu zamanı ermənilərin 56 faizindən çoxu bu gün təhlükəli, sabahı olmayan bir ölkədə yaşadıqlarını etiraf ediblər.

Təbii ki, bu etiraf bəzi erməni rəhbərləri ilə yanaşı, həm də ermənilərə ümidlər verən dostlarına, xüsusən də Konstantin Zatulin kimi “erməni fədaisi”nə qarşı ən “böyük hörmətsizlik” kimi “qəbul edilməlidir”. Axı, məhz həmin bu “erməni cəfakeşi” olan Zatulin “yoldaş” dünənə qədər “yaxasını cıraraq”, utanıb qızarmadan, Ermənistanı “dünyanın ən təhlükəsiz və problemsiz” bir ölkəsi kimi təqdim etməyə çalışırdı.

Maraqlıdır ki, görən, bu gün bəzi erməni saytları ölkə əhalisinin sabaha olan inamsızlığını təkcə Paşinyan hakimiyyətinin adına yazmaqda nə qədər haqlıdırlar? Amma buna baxmayaraq, onlar ölkəni bu həddə gətirdiyinə görə, Nikol və onun komandasının hakimiyyətdə qalmaq hüququna malik olmadığını bildirirlər. Onların qənaətincə, çünki Nikol və onun komandası vəzifələrinin öhdəsindən gələ bilmədilər(?).

Bəzi erməni saytlarına görə, rəy sorğusunun nəticələri bunu bir daha təsdiqləyib. Hətta deyilənlərə görə, son günlər Paşinyanın reytinqi daha 2 faizdən artıq aşağı yuvarlanıb. O da maraqlıdır ki, Nikola əks mövqedə duran erməni saytları bu düşmənin davamlı olacağını da istisna etmirlər. Onlar reytinqinin aşağı düşməsindən isterikaya düşən Paşinyanın onunla bağlı aparılan sorğunun nəticələrindən narazı qaldığını və öz ətrafdakılarına yeni sorğu keçirilməsi barədə göstəriş verdiyini bildirirlər: “...Nikol buradakı yanlışlığı sorğunun telefon vasitəsilə aparılmasında görür”.

Əslində, rəyi öyrənilən ölkə vətəndaşlarının 33 faizindən bir qədər çoxunun Paşinyanın ədalətli seçki keçirmək niyyətinə inanması, elə də pis göstəici kimi qəbul edilməməlidir. Lakin dediyimiz kimi, sorğunun telefonla aparılması bəzi şübhələrə də əsas yeri qoyur.

Yeri gəlmişkən, bu gün Ermənistanda bir çox Paşinyandan narazılar onun ölkədə dürüst və şəffaf seçkilər keçirəcəyinə inanmırlar. Doğrudur, Paşinyan bir neçə dəfə açıq şəkildə seçkilərdə heç bir saxtalaşdırmaya yol verilməyəcəyini desə də, çoxları bunu Nikolun növbəti yalanı kimi qəbul edirlər.

Amma bunula belə, Nikol əleyhdarlarına burada onlara təsəlli verən bəzi nüansları da etiraf edirlər. Məsələn, son sorğu zamanı “siz 2018-ci il hərəkatında iştirak etdinizmi?” sualına respondentlərin yalnız 43 faizi “bəli” cavabını verib. Halbuki, 2018-ci ilin payızında aparılan rəy sorğularında vətəndaşların təxminən 90 faizi bu suala müsbət cavab vermişdi.

Deməli, ermənilər arasında Nikolun əvvəlki reytinqi düşməkdə davam edir. Bu gün Paşinyan əleyhdarlarını ümidləndirən də məhz budur.

Əslində, burada rəy sorğularından əldə edilən nəticələrə əsaslanıb Paşinyan hakimiyyətinin sonu barədə düşünmək də, bir qədər sadəlövhlük olardı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə