Çində ofis binasında baş verən partlayış nəticəsində 8 nəfər ölüb

Çində ofis binasında baş verən partlayış nəticəsində 8 nəfər ölüb

Çinin Heyloncian vilayətində özəl şirkətin ofis binasında baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

SİA yerli hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə Donnin şəhərində mayın 26-da səhər baş versə də, axtarış işləri xeyli vaxt aparıb. Yekunda 8 nəfərin meyiti tapılıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

İlkin təhqiqat nəticəsində partlayışa qanunsuz yolla istehsal olunan partlayıcı maddələrin səbəb olduğu məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə