Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 461 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 461 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 461 mindən çox artıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 461 347 nəfər yeni koronavirusa yoluxub, 10 628 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 167 492 769, ölənlərin isə 3 482 907 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə