Yəməndə vətəndaş müharibəsi başlayıb

Yəməndə vətəndaş müharibəsi başlayıb

Yəməndə diktator Əli Abdullah Saleh tərəfdarları ilə böyük qəbilə başçıları arasında qanlı qarşıdurmalar şiddətlənib.

SİA xəbər verir ki, paytaxt Sananı Hudeydə, Taiz, Amran kimi böyük şəhərlərə bağlayan yollara giriş-çıxışlar bağlanıb, hava limanında uzun növbələr yaranıb.

Toqquşmaların vətəndaş müharibəsinə çevrildiyi ölkədə Sanaya giriş və çıxışlar həm dövlət qüvvələri, həm də qəbilə nümayəndələrinin silahlı qrupları tərəfindən nəzarətdə saxlanılır. Gündə bir neçə saat elektrik verilən Sana şəhərində ciddi neft və benzin problemi yaşanır. Sanadan qaçmağa çalışan ailələrin isə yollarda uzun növbələr yaratdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə