"Google"a cərimə

Rusiyada bir məhkəmə, ABŞ-dakı texnologiya şirkəti olan "Google"u inzibati xətaya görə 4 milyon rubl cərimə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət Təşkilatı tərəfindən "Google"a qarşı açılan iddia Moskvadakı Taganskiy Məhkəməsində dinlənilib.

Məhkəmə, şirkətin Rusiyada qadağan edilmiş məzmuna "Google" vasitəsilə daxil ola bilməsi səbəbindən qanunvericiliyə uyğun gəlməməsinə qərar verib və "Google"a 4 milyon rubl, təqribən 54.580 dollar pul cəzası kəsib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə