Polşa təyyarələri hava məkanına buraxmayıb - SƏBƏB?

Polşa təyyarələri hava məkanına buraxmayıb - SƏBƏB?

Polşa Belarus hava yolu şirkəti "Belavia"nın təyyarələrini hava məkanına buraxmayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, söhbət Minsk-Barselona reysini həyata keçirən Belavia təyyarəsindən gedir.

"Belavia" təyyarəsi həqiqətən Polşanın hava məkanına buraxılmayıb. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi, Belarus təyyarələrinin Avropa Birliyinin hava sahəsinə buraxılmamasını tövsiyə edib və Polşa Belarusiya ilə sərhəd bir ölkədir", deyə agentliyin əməkdaşı bildirib.

Xatırladaq ki, bəzi hava yolları Belarusiya hava məkanını adlayaraq uçmağa qərar verdilər. Digər şirkətlər və ölkələrin hökumətləri yaxın zamanda Belarusiya ərazisindən tranzit keçməsinin təhlükəsizliyi məsələsini nəzərdən keçirmək niyyətindədirlər. "Bloomberg", AB müzakirələrindən xəbərdar olan yüksək səviyyəli bir məmura istinad edərək, AB-nin bütün Avropa hava yolları şirkətlərinin Belarus üzərindən uçuşlarını və Belarus ilə AB arasındakı quru əməliyyatlarını dayandırmağı düşünür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə