“Vəziyyət nəzarət altındadır” - DİN RƏHBƏRİ

“Vəziyyət nəzarət altındadır” - DİN RƏHBƏRİ

Belarusiya Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakov, ölkədəki vəziyyətin nəzarət altına alındığını və ictimai asayişin qorunduğunu söyləyib. SİA xəbər verir ki, bu barədə ölkənin “Belta” xəbər agentliyi çərşənbə günü nazirin sözlərini sitat gətirib.

"Daxili işlər orqanlarının işçiləri və daxili qoşunların hərbi qulluqçuları ölkə ərazisindəki ictimai asayişin qorunmasını və etiraz təzahürləri faktlarına cavab verilməsini təmin edirlər. Hazırda vəziyyət nəzarətdədir", deyə DİN rəhbəri İvan Kubrakov bildirib və onun sözləri sözügedən agentlik tərəfindən yayımlanıb.

Agentliy qeyd edir ki, nazirin sözlərinə görə, eyni zamanda, cari ildə cinayətlərin ümumi məcmuəsində təhlükə barədə bilərəkdən yalan mesajların verilməsi faktları da artıb.

"Dəmiryol stansiyaları, hava limanları, ticarət və əyləncə mərkəzləri, təhsil müəssisələri yalançı şəkildə minalanır. Bütün faktlar üçün müvafiq cavab və məlumatların yoxlanılması təşkil edilib. İşçilərimiz təhlükə barədə bir mesaj alanda real vəziyyətdə olduqları kimi davranırlar. Bütün faktlar üzrə cinayət işləri başlanılıb. Artıq deyə bilərik ki, bir qayda olaraq, mina qoyulması ilə bağlı yalançı məlumatlar Belarus xaricindən gəlir", deyə Kubrakov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə