\"Yəməndə hökm sürən vəziyyət bizi ciddi narahat edir\". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ prezidenti Barak Obama deyib. Obama bildirib ki, Yəmən tez bir zamanda verdiyi sözü tutmalıdır: \"Yəmən prezidenti tez bir zamanda iqtidarı tərk etməlidir. Buna rədd cavabı vermək Əli Abdulla Salehə heç nə qazandırmayacaq. Bu və bunun kimi bir neçə səbəbi nəzərə alaraq Saleh sözünün üstündə durub tez zamanda hakimiyyətdən çəkilməlidir. Eyni zamanda bunu da diqqətə çatdırım ki, Yəməndə törədilən hadisələr \"Əl-Qaidə\" terror təşkilatı üçün də fürsət ola bilər\".
Qeyd edək ki, ABŞ və Aİ-nin dəstəyilə Körfəz Əməkdaşlıq Şurasının qəbul etdiyi planda göstərilib ki, 1 ay ərzində Yəmən prezidenti hakimiyyəti təhvil versə, onun özünə və ailəsinə toxunulmazlıq hüququ veriləcək. Eyni zamanda planın şərtlərinə görə, Salehi hakimiyyəti təhvil verdiyi gündən başlayaraq 60 gündən gec olmamaqla prezident seçkiləri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB