Əfqanıstanda 7 NATO əsgəri öldürülüb. SİA-nın məlumatına görə, Əfqanıstanın cənubunda axşam saatlarında güclü partlayış baş verib. Hadisə nəticəsində NATO qoşunlarına aid 7 əsgər həlak olub.
Bölgədəki NATO səlahiyyətlisi mövzu ilə bağlı açıqlaması zamanı əsgərlərin yol kənarında baş verən partlayış nəticəsində öldüyünü bildirib. Lakin hadisənin təfərrüatları ilə bağlı başqa məlumat verilməyib.
Qeyd edək ki,Əfqanıstanda bu gün NATO güclərinə aid bir vertolyotun qəzaya uğraması nəticəsində də 1 əsgər həlak olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB