8 aylıq körpə koronavirus peyvəndi olub

8 aylıq körpə koronavirus peyvəndi olub

ABŞ-ın New-York əyalətində 8 aylıq körpə 2 doza koronavirus peyvəndi olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 8 aylıq Mincollanın ailəsinin razılığı ilə dövlət universiteti tərəfindən aparılan klinik sınaqlar çərçivəsində Covid-19 peyvəndi tətbiq edilib. Mincollanın peyvəndə qarşı heç bir reaksiya göstərmədiyi və sağlamlıq vəziyyətinin normal olduğu qeyd edilib.

Qeyd edək ki, ABŞ-da yerləşən əczaçılıq şirkəti Moderna da 16 martda 6 aydan 11 yaşa qədər uşaqlarda Covid-19 peyvənd tədqiqatına başladığını elan edib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə