Şahzadə Harri və Meqan haqqında film çəkilir

Şahzadə Harri və Meqan haqqında film çəkilir

Meqan Karl və şahzadə Harri haqqında film çəkilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, filmin adı "Harri və Meqan: Saraydan qaçış" adlanır. Meqan rolunu Sidni Morton, şahzadə rolunu isə Cordan Din canlandıracaq.

Xatırladaq ki, filmin ilk kadrları da artıq işıq üzü görüb. Bu ilk kadrlarda cütlük Böyük Britaniya krallığını tərk etmədən öncə xalq arasında olduqları o zamandakı kimi görünürlər.

Qeyd edək ki, cütlük sarayda yaşamaqdan və saray qanunlarından imtina edib və artıq uzun müddətdir ki, sadə həyat tərzi sürürlər.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə