Rusiyadakı sirkdə pələng təlimçisinə hücum edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin Novosibirskdəki nümayişi zamanı sirk təlimçisi yüzlərlə insanların gözləri qarşısında pələng tərəfindən hücuma məruz qalıb. Dəhşətli hadisə tamaşaçılar tərəfindən kadrlara alınıb. Kadrlarda səhnədəki pələnglərin yerdə uzanıb bir-biriləri ilə oyun oynadıqları, daha sonra pələnglərdən birinin təlimçiyə hücum etdiyi görülüb.
Qeyd edək ki, yaralı təlimçinin müalicə üçün xəstəxanaya yerləşdirildiyi bildirilib.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB