Çində 21 nəfər faciənin qurbanı olub

Çində 21 nəfər faciənin qurbanı olub

Çinin şimal-qərbində yerləşən Qansu şəhərində dağ marafonu zamanı ölənlərin sayı 21 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edk ki, 100 km-lik kros yarışı şənbə günü səhər Baiyin şəhəri yaxınlığında start götürüb. Marafonun 20-30-cu kilometrləri arasındakı yüksəklik hissədə hava kəskin şəkildə pisləşib, dolu, şaxta, yağış və güclü külək başlayıb. Yarış zamanı hava şəraitinin kəskin pisləşməsi 21 nəfərin ölümünə səbəb olub, azı 8 nəfər xəsarət alıb. Hazırda xilasedicilər yarış iştirakçılarının axtarışlarına davam edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə