Mitinq iştirakçılarının həbsinə başlanıldı POLİS QADAĞALAR TƏTBİQ ETDİ

Mitinq iştirakçılarının həbsinə başlanıldı POLİS QADAĞALAR TƏTBİQ ETDİ

Berlin polisinin dəstəsi hökumət məhəlləsinə gedən yolda qeyri-qanuni nümayişi dayandırmağa çalışıb. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, nümayişçilər dağılmayıb və həbslər başlayıb.

Qeyd olunur ki, şənbə günü polis və məhkəmə şəhərin mərkəzindəki böyük etiraz aksiyalarını qadağan edib. Beləliklə, səlahiyyətlilər şəhər sakinlərinin Brandenburg Darvazasında 16 min nəfərin iştirak edəcəyi planlaşdırılan məhdudlaşdırıcı COVID tədbirləri əleyhdarlarının mitinqi keçirməsinə icazə verməyib.

Bu anda Brandenburg Darvazası yaxınlığındakı hökumət kvartalı mühasirəyə alınıb.

Xatırladaq ki, Almaniya COVID məhdudiyyətləri səbəbindən mitinqlərin keçirildiyi yeganə Avropa Birliyi ölkəsi deyil. Mart ayında Amsterdam polisi müxalifəti dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Vətəndaşlar komendant saatı tətbiq edilməsinə və axşam bütün müəssisələrin bağlanmasına etiraz ediblər. Varşavadakı polyaklar da geniş miqyaslı karantindən narazılıqlarını nümayiş etdiriblər. İrlandiyada yüzlərlə koronavirus məhdudiyyətinin əleyhdarları, Dublin küçələrinə çıxıblar və bu, polislə şiddətli qarşıdurmalara səbəb olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə