İnsan bədənlərini... Serial qatilinin şok etirafı!

İnsan bədənlərini... Serial qatilinin şok etirafı!

20 ildir Meksikada bir çox qadının qətlində günahkar bilinən 72 yaşlı serial qatili qan donduran etiraf edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, illərdir davamlı olaraq qətllər törətdiyini söyləyən serial qatili, öldürdüyü qadınların cansız bədənlərini yediyini etiraf edib.

Qatil məhkəmədə 20 ildir çox qadın öldürdüyünü və cəsədlərini yediyini etiraf etdi.

EVDƏN İNSAN QALIQLARI TAPILDI

Keçən həftə Meksikada 34 yaşlı Reyno Gonzalez Amadorun itkin düşməsindən sonra Meksika polisi 72 yaşlı şübhəli Andres N-ə qarşı istintaq başlanıldı. İstintaq çərçivəsində Andres N.-nin 18 may tarixində tutulmasından sonra şübhəlinin evində axtarış aparılmasına qərar verildi.

Andres N.-nin evində aparılan axtarış zamanı bir çox qadına məxsus əşyalar və sümük qalıqları tapıldı. Əldə olunan qalıq və əşyalar arasında qadın geyimləri, qadınların şəxsiyyət vəsiqələri, sümüklər, baş dərisi, kəllə, həmçinin şübhəlinin törətdiyi düşünülən 20 cinayətin səs qeydləri olduğu ifadə edildi.

QURBANLARIN BƏDƏNİNİ YEYİB

Bundan əlavə, istintaq çərçivəsində məhkəmə qarşısına çıxarılan Andres N.-nin etirafı izləyənlərin qanını dondurdu. Məhkəməyə verdiyi açıqlamada Andres N., 20 il ərzində bir çox qadını öldürdüyünü və cəsədlərini yediyini etiraf etdi.

Digər tərəfdən, qadın öldürmə hadisələrinin tez-tez baş verdiyi ölkədə, paytaxt Mexiko, 2021-ci ilin ilk rübündə qeydə alınan 35 qadın cinayəti ilə ölkədə ən çox cinayətin törədildiyi şəhərdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə