Naira əsgər yox, fərari axtarışına çıxıb?

Naira əsgər yox, fərari axtarışına çıxıb?

“İranda erməni əsgərləri varmı?”. Beləliklə, “Çiçəklənən Ermənistan” partiyasının “fəal üzvü”, deputat Naira Zohrabyan ötən gündən başlayaraq şəxsi “Facebook” səhifəsində “tədqiqata” başlayıb. “Verilən məlumata görə”, o, 44 günlük müharibə dövründə “itkin düşmüş” erməni əsgərlərinin sorağının İrandan gəldiyi barədə məxfi məlumat əldə edib.

Doğrudan da, 44 günlük müharibə dövründə sərhədi keçib İrana sığınan erməni əsgərləri varmı? Təbii ki, bu istisna edilməməlidir. Necə deyərlər, “ağac acı, can şirin”.

Qeyd edək ki, həmin ərəfədə, ermənilərin müştəbetlik edib “dünyada tayı-bərabəri olmayan döyüşçülər” kimi təqdim etdikləri erməni əsgərlərinin iç üzü elə müharibənin ilk günlərindən üzə çıxmağa başladı. Təsadüfi deyil ki, bu gün erməni etirafına görə, 44 günlük müharibənin elə ilk günlərində Ermənistanın Müdafiə nazirliyi üçün silahını döyüş meydanında atıb qaçan ermən əsgərlərinin tutulub bir yerə yığmaq ən böyük problemlərdən biri olub. Həmin ərəfədə, deyilməsə də indi ermənilər özləri müharibədə fərarilik edən “qəhrəman erməni əsgərlərinin” sayının 10 minlərlə ölçüldüyünü etiraf etmək məcburiyyətində qalıblar.

Bəli, 2-ci Qarabağ müharibəsində erməni əsgərlərinin hamısı olmasa da, müəyyən qismi 2016-cı ilin Aprel döyüşləri barədə məlumatlı idilər. Onlar Azərbaycan Ordusunun 4 gün ərzində 800-yüzə yaxın erməni əsgərinin öldürdüyünü yaxşı bilirdilər. Ona görə də, “qaçmaq da iğidlikdəndir” şüarını əsas tutaraq, təki sağ qalsınlar deyə ağızları hara gəldi qaçırdılar.

Təbii ki, Naira Zohrabyanın “əsgər axtarışına çıxmaq” təçəbbüsü təqdirəlayiqdir. Amma ona xatırlatmaq gərək, döyüş meydanından qaçan əsgər artıq əsgər yox, fərari sayılır. Bir də, mən şübhə edirəm, inanmıram ki, İranda tapılan “sabiq erməni əsgəri” canının qorxusundan könüllü İrəvana dönə...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə