Türkiyədə koronavirusdan ölənlərin sayı 46 min nəfərə çatır

Türkiyədə koronavirusdan ölənlərin sayı 46 min nəfərə çatır

Yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanandan bu günədək Türkiyədə infeksiyadan ölənlərin sayı 45 min 840 nəfərə çatıb.
SİA Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 21-də Türkiyə üzrə 218 min 846 nəfər testdən keçib. Gün ərzində bu infeksiyadan 846 nəfər xəstəxanaya yerləşdirilib, 214 nəfər dünyasını dəyişib. Görülən ciddi tədbirlərə baxmayaraq gündəlik ölüm halı hələ də iki yüz nəfərdən çox olur.
Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində kütləvi peyvəndləmə davam edir. Tətbiq olunana vaksinin əsas hissəsini Çindən alınan “Sinovac” peyvəndi təşkil edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məlumatına görə, indiyədək ölkə üzrə 27 milyon doza peyvənd vurulub. Onların 12 milyonu ikinci dozadır.

Bütün xəbərlər Facebook səhifəmizdə