Koronavirusla bağlı ölüm halları rəsmi statistikadan daha çoxdur - ÜST

Koronavirusla bağlı ölüm halları rəsmi statistikadan daha çoxdur - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla əlaqədar dünyada ölüm hallarının indiyədək təsdiqlənən rəsmi statistikadan iki-üç dəfə artıq olması ehtimalını açıqlayıb.

SİA xəbər verir ki, beynəlxalq qurumun məlumatların analizi şöbəsinin rəhbəri Samira Asma bu barədə məlumat verib. O bildirib ki, rəsmi təsdiqlənən statistikada 3,4 milyon ölüm halı olsa da, pandemiya dövründə indiyədək ölənlərin sayının 6-8 milyon arasında olması mümkündür.
ÜST-nin məlumat analizi üzrə eksperti Uilyam Msemburi təşkilatın illik statistika hesabatının təqdimatında bildirib ki, bu qiymətləndirmə özündə həm koronavirusla əlaqədar rəsmi qeydiyyata alınmayan ölüm hallarını, həm də xəstəxanalarda yer çatışmazlığına görə müalicə oluna bilməyərək ölənlərin sayını ehtiva edir.

Bütün xəbərlər Facebook səhifəmizdə