ABŞ-ın Mərkəzi Qərb regionunda baş vermiş tornado qurbanlarının sayı artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son məlumata əsasən, cari ilin 22 may tarixində Missuri ştatının Coplin şəhərində qeydə alınmış tornado nəticəsində 146 nəfər ölüb, 1150 nəfər xəsarət alıb. Aparılmış axtarış-xilasetmə işləri nəticəsində 7 nəfəri xilas etmək mümkün olub. Güclü külək təxminən 2 min tikiliyə ziyan vurub, bir sıra yerlərdə elektrik və rabitə xətlərini sıradan çıxarıb.
Mövcud vəziyyətlə əlaqədar Missuri ştatında fövqəladə vəziyyət elan edilib. Ölkənin Mərkəzi Qərb regionunda Minnesota və Minneapolis ştatlarında da tornado baş verdiyi və nəticədə azı 1 nəfərin öldüyü qeyd olunur. Hadisə bölgələrində müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB