Hindistanın şimalında gəmi qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qanq çayının Uttar-Pradeş ştatı ərazisindən keçən hissəsində sərnişin gəmisi batıb. Nəticədə 4 nəfər ölüb, 11 nəfər itkin düşmüş hesab edilir.
Hadisə zamanı gəmidə 25 nəfərin olduğu ehtimal edilir. Yerli əhali tərəfindən 10 nəfərin xilas edildiyi bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB