“Volocopter” bu yaxınlarda gələcək üçün daha bir vacib modeli təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkətin “VoloConnect” adlı uçan taksisi sabit qanadı və sadə dizaynı ilə daha uzun uçuşlarda istifadə ediləcək. “VoloConnect” adlı vasitə insanları daha uzun məsafəyə daşımaqla yanaşı, havada daha uzun müddət qalmağı da bacaracaq.
Qeyd edək ki, uçan taksi ilk növbədə üfüqi və şaquli uçuş rejimləri arasında sürətli dəyişikliklər etmək üçün xüsusi bir mexanizmə malikdir. Bu sistem, uçan taksinin tək bateriya ilə 240 km / saata qədər havada qalmasına imkan verir. 100 km-ə qədər uçuş məsafəsi olan elektrik təyyarəsi dörd nəfərin daşıma qabiliyyətinə sahib olacaqdır.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB