Trampın şirkətinə qarşı cinayət işi açıldı

Trampın şirkətinə qarşı cinayət işi açıldı

ABŞ-ın Nyu-York ştatının Baş Prokurorluğu keçmiş prezident Donald Trampın "Trump Organization" şirkətinə qarşı açılan cinayət istintaqını elan edib. SİA NBC-yə istinadən xəbər verir ki, Prokurorluqdan şirkətlə bağlı aparılan araşdırmanın artıq mülki olmadığını deyiblər.

"İndi Manhetten Dairə Prokurorluğu ilə cinayət araşdırmasını davam etdiririk", - deyə Nyu-York ştatı vəkilinin nümayəndəsi Fabien Levay bildirib.

Keçən il Manhettenin Dairə prokuroru Cyrus Vance "Trump Organization" şirkətindən son səkkiz ildəki maliyyə qeydlərini tələb etmişdi. Vance daha əvvəl Trampın onunla əlaqəli dövlət qanunlarının pozulmasını aşkar etmək məqsədi ilə maliyyə işləri ilə bağlı cinayət araşdırması apardığını bildirmişdi. Avqust ayında məhkəmə Trampın vəkillərinin onun maliyyə sənədlərinə girişinin qadağan edilməsi barədə vəsatətinə baxılmasını rədd etmişdi.

"Trump Organization" şirkətinin maliyyə sənədləri, ilk növbədə vergi bəyannamələri, 2016-cı il seçki kampaniyası dövründə araşdırma mövzusu olmuşdu. Tramp isə işinin çoxluğunu və bəyannamələrinin maliyyə yoxlamasından keçirildiyini əsas gətirərək maliyyə işləri barədə ictimaiyyətə məlumat vermək istəməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə