Gürcüstanın Müstəqillik Günü münasibətilə hərbi parad keçirilib- FOTOSSESİYA
Bu gün Tiblisi şəhərində Gürcüstanın Müstəqillik Günü münasibətilə hərbi parad keçirilib. SİA-nın"Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, prezident Mixail Saakaşvili paradda çıxış edib. O, Gürcüstanın mütləq vahid və inkişaf etmiş ölkə olacağını deyib: "Gürcüstan mütləq vahid dövlət olacaq. Düşmənin fitnələrinə baxmayaraq biz qalib gələcəyik. Ötən 20 ildə biz vətəndaş müharibəsindən, dağıntılardan, dəhşətlərdən keçmişik. Biz öz müstəqilliyimizi əldən verməyəcəyik".
M. Saakaşvili mayın 26-na keçən gecə paytaxtda baş vermiş kütləvi iğtişaşa da münasibət bildirib. O bildirib ki, Tiblisidə ölkə hüdudlarından kənarda yazılmış ssenarini həyata keçirməyə cəhd göstərilib. Prezidentin çıxışından sonra hərbi parad başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB