Hindistanda ölüm sayı artmaqdadır STATİSTİKA

Hindistanda ölüm sayı artmaqdadır STATİSTİKA

Hindistanda gün ərzində həyatını itirənlərin sayı 4 mindən aşağı düşmür. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni tip koronavirus pandemiyasından ən çox təsirlənən ölkələrdən olan Hindistanda son 24 saat ərzində 477 nəfər ölüb.

Son 24 saat ərzində 311 min 170 yeni Covid-19 xəstəsi aşkar edilib. Mütəxəssislər, virusa yoluxanların və ölümlərin həqiqi sayının daha çox ola biləcəyi barədə xəbərdarlıq edirlər. Hindistanda ümumi yoluxma sayı 24 milyon 684 min 77-ə, ölənlərin sayı isə 270 min 284-ə yüksəlib. Ölkədə 3 milyon 618 min 458 xəstənin müalicəsi davam edir.

Digər tərəfdən, həkimlər Covid-19-dan xilas olanlarda, bəzi hallarda ölümcül ola biləcək "qara göbələk" adı verilən virusdan sonra yeni bir xəstəliyin yayılmasında artım olduğuna diqqət çəkiblər. Bundan əlavə, pandemiyanın böyük şəhərlərdən kənd ərazilərinə keçdiyi bildirilib.

Hindistanda peyvənd kampaniyasının başladığı gündən bəri 16 yanvar tarixindən bu günə qədər təxminən 182 milyon 220 min doz peyvənd tətbiq olunsa da, kampaniya pandemiyanı dayandıra biləcək səviyyəyə çatmadı. Dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistan Serum İnstitutunun (SII) icraçı direktoru Adar Poonawalla “Financial Times” qəzetinə verdiyi müsahibədə peyvənd çatışmazlığı olduğunu və bunun bir neçə ay çəkəcəyini xəbərdar edib. ABŞ, İngiltərə, Almaniya və digər ölkələr Hindistana dərman, test dəsti və tibbi oksigen balonlarda yardım ediblər. ABŞ-ın Dehlidəki səfirliyi Dabiel B.Smith ölkəyə gətirilən peyvənd komponentlərinin 20 milyon "AstraZeneca" peyvəndi istehsalına kömək edəcəyini açıqladı.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə