Əfqanıstanın paytaxtı Kabildə cümə namazı zamanı təşkil edilən bomba hücumu nəticəsində 12 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayıcı maddələrin əvvəlcədən məscidə qoyulduğu təyin olunub.
Hücumun məsuliyyətini hələ heç kim boynuna götürməsə də, hadisə ilə bağlı istintaq başladılıb. Məscid imamının xüsusilə hədəf alındığı düşünülür.
Halbuki verilən məlumatlara görə, Taliban bayram ərəfəsində atəşkəs elan etmişdi.
Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB