Dünya üzrə peyvənd olunmaq istəməyənlərin STATİSTİKASI AÇIQLANDI

Dünya üzrə peyvənd olunmaq istəməyənlərin  STATİSTİKASI AÇIQLANDI

Avropalı rəsmilərin dörddə birindən çoxu Covid-19 peyvəndi almaq istəmirlər. SİA xəbər verir ki, Avropa Yaşayış və İş şəraitinin yaxşılaşdırılması Fondunun (Eurofound) apardığı ictimai sorğuya görə, Avropa Birliyi ölkələrindəki yetkin insanların dörddə birindən çoxu, onlara təklif edilsə də Covid-19 peyvəndi almaq istəmədiklərini bildirdilər.

“Eurofound”a görə, nəticələr anti-aşılamanın, xüsusən də sosial media platformalarını əsas məlumat mənbəyi kimi istifadə edənlər arasında daha yüksək olduğunu göstərir. Avropa Birliyinin 27 ölkəsində, pandemiyadan bir il sonra, fevral və mart 2021 arasında aparılan bir araşdırmaya görə, yetkinlərin peyvənd olunmaq istəməməsi ən yüksək olan ölkə 67 faiz ilə Bolqarıstandır. Digər tərəfdən, İrlandiya AB ölkələri arasında vaksinasiya üçün ən istəkli ölkədir. İrlandiyada yetkin insanların yalnız 10 faizi peyvəndlənmək istəmədiklərini söyləyib.

Nəticələrdən danışarkən “Eurofound”un baş tədqiqat direktoru Daphne Ahrendt bildirib: "Təəssüf ki, bu göstəricilər vaksinlərin effektivliyi və təhlükəsizliyi barədə inandırıcı və aydın bir şəkildə ünsiyyət qurmamağın nəticəsidir".

Tədqiqat nəticələri, eyni zamanda, Avropanın şərq-qərb bölgüsünü aşkar edib. Fransa və Avstriya xaricində bütün Qərbi Avropa ölkələrində peyvənd almaq istəyənlərin nisbəti 60 faizdən çoxdur. Bu rəqəm Skandinaviya və Aralıq dənizi ölkələrində, eləcə də Danimarka və İrlandiyada daha yüksəkdir. AB-nin şərqində yerləşən Ruminiyada peyvəndlənmək istəyən yetkinlərin nisbəti 59 faizdir, Bolqarıstanda isə 33 faizdir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə