Azərbaycanın Los-Ancelesdəki Səfirliyi faşizm üzərindəki qələbədə Azərbaycanın roluna dair ingilis dilində qısa film hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, filmdə faşizm üzərində qələbədə Bakı neftinin strateji rolundan bəhs edilir. Filmdə eləcə də, İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqının şücaətindən bəhs edilərək, 700 min azərbaycanlının müharibədə iştirak etdiyi və onlardan 400 min insanın müharibədə həlak olduğu bildirilir. Həmçinin Şərqi Avropanın Almaniya tərəfindən işğalından sonra Azərbaycana pənah gətirmiş 10 mindən çox yəhudiyə ölkəmizin sığınacaq verdiyi və bununla bağlı Dünya Yəhudi Kongresinin prezidenti Ronald Lauderin fikirləri də yer alır. Sonda ölkəmizdə hər il 9 may tarixinin Qələbə günü kimi qeyd edildiyi diqqətə çatdırılır.
Qeyd edək ki, səfirliyimiz 2019-cu ildən başlayaraq Azərbaycan haqqında müxtəlif mövzularda 23 film hazırlayıb və bu filmlər müxtəlif xarici dillərə tərcümə olunub.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB