Etiraz yoxsa dəstək?

İsrail-Fələstin münaqişəsi dünyanın müxtəlif yerlərində aksiyalara səbəb olub. SİA xarici mətbuata istinadən verir ki, İsrail ilə Fələstinli qruplar arasında 10 mayda başlayan qarşıdurmalarda ölənlərin sayı yüzdən çox olarkən, dünyanın müxtəlif yerlərində dəstək və etiraz aksiyaları təşkil edilib. İsrail hücumları zamanı Ramazan bayramının ilk günü Yəmən, Liviya və Keniyada etiraz edildi. Lakin ABŞ-ın New York və Los-Angeles şəhərlərində isə tam əksi baş verdi. Belə ki, İsrail tərəfdarları dəstək aksiyaları təşkil etdilər.

Liviyanın paytaxtı Tripolidə bayram namazı və xütbəsindən sonra Şəhidlər Meydanında toplanan izdiham, əllərində Liviya və Fələstin bayraqları ilə İsrail hücumlarına etiraz etdi. Şərqi Afrika ölkəsi Keniyada minlərlə insan İsrailin Məscidül-Əqsaya və Qəzza zolağına hücumlarına etiraz olaraq yürüş etdi. Qəzzadakı Səhiyyə Nazirliyi, İsrailin 10 mayda başlatdığı hava hücumlarında ölənlərin cümə axşamı günü 103-ə yüksəldiyini açıqlanıb. İsrail isə itkilərinin 7-yə yüksəldiyini açıqladı.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə