Putin Nobel sülh mükafatına namizəd oldu

Nobel Komitəsi Rusiya Prezidenti Vladimir Putini sülh mükafatına namizədlər siyahısına daxil edib. SİA xəbər verir ki, bu barədə Rusiya liderini namizəd göstərən akademik, yazıçı Sergey Komkov deyib.

"Məktub aldım, orada “namizədiniz siyahıya daxil edildi" cavabı əksini tapıb", - Komkov bildirib.

Onun sözlərinə görə, namizədlərin ilkin sayı 286 nəfərdir. Akademik, Putinin 2014-cü ildə də Nobel Sülh Mükafatı üçün namizədlər siyahısına daxil edildiyini, daha sonra 278 nəfərin namizəd olduğunu xatırladıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...