Yəməndə qarşıdurmalar davam edir

Yəməndə qarşıdurmalar davam edir

Yəməndə vəziyyət hələ də gərgindir. SİA-nın məlumatına görə, Yəməndə polislə müxalifətçilər arasında dünəndən başlayan qarşıdurmalar hələ davam edir.

Axşam saatlarında şəhərin şimal məhəllələrində hava limanının yaxınlığında silah və hava toplarının atəş səsləri eşidildiyi bildirilib. Şəhərin hava limanına cənub bölgəsindən gələn uçuşlar ləğv edilib.

Qeyd edək ki, hava limanının yaxınlığında baş verən qarşıdurmalar ciddi nigarançılığa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə