Gəmi ticarətə 10 milyard dollardan çox ziyan vurdu

Süveyş kanalında ilişərək günlərlə dəniz ticarətini pozan "Ever Qiven" adlı gəminin yaratdığı hadisədən sonra kanal rəhbərliyi kanalın cənub hissəsini genişləndirəcəyini açıqlayıb. SİA-nın verdiyi məlumata görə, 24 martda nəhəng gəmi Süveyş kanalının cənubuna endi və kanalı bağladı, bir həftəlik iş ilə hərəkət etdirilə bilən gəmi dünya dəniz ticarətinə 10 milyard dollardan çox ziyan vurdu. "Ever Qiven"in kanalı qapatması Süveyş kanalının genişləndirilməsinə qərar verdi.

Süveyş kanalı Administrasiyasının rəhbəri Osama Rabie, kanalın cənub hissəsini genişləndirmək və dərinləşdirmək planlarını Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təqdim etdiklərini söyləyib. Layihənin 24 aya başa çatdırılması planlaşdırılır. Məqsəd Süveyş kanalı ilə Böyük Acı Göl arasındakı ərazini şərqə 40 metr genişləndirmək və bu hissənin dərinliyini 20 metrdən 22 metrə çatdırmaqdır.

Plana əsasən, Böyük Acı Gölün şimalında ikitərəfli hərəkətə imkan vermək üçün 2015-ci ildə açılan ikinci bir kanal zolağı 10 km genişləndirilərək ümumi uzunluğu 82 km-ə çatacaq və daha çox gəminin keçməsinə icazə veriləcək.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə