ABŞ Xiaomini qara siyahıdan çıxarır

ABŞ Xiaomini qara siyahıdan çıxarır. SİA-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi, Çinə aid telefon istehsalçısı Xiaomini məhkəmə proseslərinə görə qadağan olunmuş şirkətlər siyahısından çıxaracaq. Beləliklə, Çin şirkəti yenidən ABŞ-dan investisiya ala biləcək.

Protokolda tərəflər aralarındakı problemləri həll etməyə razı oldular. Beləliklə, Washington ilə şirkət arasındakı qarşıdurma uzlaşma ilə sona çatdı.

Bu ilin əvvəlində Tramp administrasiyası Xiaomini Çin ordusu ilə əlaqəli şirkət elan etdi və onu şirkətin ABŞ-dan investisiya almasına mane olan qara siyahıya əlavə etdi.
Xiaomi, Çin ordusuna mənsub olduğu iddialarını rədd etdi və bu qərarı "qanunsuz və konstitusiyaya zidd" olduğu üçün məhkəməyə verdi. Məhkəmə, qara siyahı tətbiqini mart ayında Joe Bidenin yanvar ayında kürsüyə götürməsindən sonra müvəqqəti olaraq dayandırıb. Honq Konq birjasında satılan Xiaomi səhmləri tərəflərin razılığa gəldikləri xəbərindən sonra 6 faizdən çox bahalaşıb.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə