Rusiyada narkotika əleyhinə ciddi mübarizə tədbirlərinə start verilib. SİA-nın məlumatına görə, ölkədə narkotika aludəçilərinin sayının getdikcə artması ciddi narahatlığa səbəb olub.
Rusiyanın Narkotika ilə Mübarizə Təşkilatının rəhbəri Viktor İvanov məsələ ilə bağlı açıqlaması zamanı bildirib ki, ciddi mübarizə tədbirlərinin uğurla nəticələnəcəyinə ümid bəslənir. Onun sözlərinə görə, Rusiyada narkotikaya qarşı mübarizə bu cür davam edərsə, qısa zaman ərzində çox ciddi nailiyyətlər əldə edilə bilər: \"Ölkədə narkotika aludəçilərinin sayı artıq ciddi surətdə artıb. Bu hal davam edərsə, Rusiya qarşısıalınmaz fəlakətlərə düçar ola bilər. Bütün bunları nəzərə alaraq, narkomaniyaya qarşı mübarizə tədbirlərinə başlamışıq. Əgər mübarizə tədbirləri planlarımıza uyğun həyata keçirilsə 3 il ərzində Rusiyada narkotika aludəçilərinin sayı 60 faiz azalacaq\".
Aludəçilərə qarşı hazırlanan tədbirlər planı haqda danışan İvanov onu da qeyd edib ki, erkən yaşda olanlar üçün narkotikadan uzaqlaşmaq daha asandır: \"Narkotika aludəçilərinə qarşı 2 tədbir nəzərdə tutulub. Bunlardan biri cəzalandırma, ikincisi isə müalicə tədbirləridir. Aludəçilər seçimdə sərbəstdirlər. Təbii ki, biz müalicə üsuluna daha üstünlük veririk. Lakin nəzərə almaq lazımdır ki, müalicə üsulu azyaşlılarda daha uğurlu nəticə verir. Eyni zamanda narkotika aludəçilərinin uzun illər keçmədən müalicə olunmaq üçün müraciət etmələri daha məqsədəuyğundur\".
Qeyd edək ki, Rusiyada narkotikadan istifadə edənlərin sayı isə 5,1 milyondan çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB