Rusiyaya qarşı kiber hücumların mənbələri tapıldı - XİN

Rusiya xarici işlər nazirinin müavini Oleq Syromolotov mətbuata verdiyi müsahibəsində Rusiyaya 2020-ci ildə ən çox kiber hücumların ABŞ, Almaniya və Hollandiyada qeydiyyatdan keçmiş adreslərdən edildiyini söyləyib. Onun sözlərinə görə, təcavüzkarların hədəfləri hökumət, maliyyə sektoru, hərbi sənaye kompleksi, səhiyyə və peyvəndlərin inkişafı ilə əlaqəli obyektlərdir.

Bundan əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov ABŞ-ın kiber cinayətlərə qarşı mübarizə sahəsində Rusiya ilə əməkdaşlıqdan imtina etdiyini qeyd etmişdi.

Əksinə, Amerika mətbuatı və siyasətçiləri mütəmadi olaraq Moskvanı kiberhücumlarda günahlandırırlar. Ən son belə hadisə enerji şirkəti olan Colonial Pipeline-ın informasiya sistemlərinə hücum oldu. ABŞ prezidenti Co Bayden Ağ Evin rusların bu işə qarışması ilə bağlı bir məlumata sahib olmadığını söyləyib, lakin daha sonra mətbuat katibi Cen Psaki hadisəni "Rusiyadakı hakerlər"lə bağlı olduğunu iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə