Argentinada koronavirusun yeni ştammlarına yoluxma qeydə alınıb

Argentinalı mütəxəssislər ilk dəfə olaraq ölkə ərazisində koronavirusun Hindistan və Cənubi Afrika ştammlarına yoluxma hallarını aşkar edib.

SİA-nın məlumatına görə, bu barədə ölkə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlik bildirib ki, Hindistan ştammına valideynləri ilə birlikdə Parisdən Buenos Ayresə gələn iki uşaq yoluxub. İspaniyadan Argentinaya qayıdan Rio Negra vilayətinin sakinində isə koronavirusun Cənubi Afrika ştammı aşkar edilib.

Onların hər üçü Argentinaya aprelin 24-də gəlib və dərhal özünütəcrid üçün otelə göndəriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə