Paşinyan “düşmənçiliyi idarə edəcək”?

“Ayə, qoymayın, üstümüzə İrasim gəlir…”

Deyir, "yel qayadan nə aparar", sadəcə, sonradan üstünə qonan toz-torpadan başqa heç nə. İndi Nikol Paşinyanın erməni parlamentində boğazdan yuxarı danışıb erməniləri “öyüb”, “ekvatordan aşağıda yerləşən ölkələrin Ermənistana düşmən olacağını təsəvvür etmək çətindir. Əgər bu belədirsə, deməli ölkəmiz üstün(?) bir ölkədir”, -deməsi adamda ikrahla müşahidə edilən gülüş doğurur.

“Türkiyə Ermənistan üçün dost, düşmən, həm də qonşudur”-deyən erməni nazirə elə onların öz millətinin nümayəndəsi olan tarixçi Levon Daleqyanın fikirlərini çatdırıram. Erməni tarixçi yazır ki, bu gün ermənilər öz varlıqlarına görə, məhz türklərə borclu olmalıdırlar: “Əgər biz bizanslılar və ya digər avropalıların arasında yaşasaydıq, erməni adı ancaq tarix kitablarında qalardı”.

Təbii ki, ermənlərin həyatda qalmalarına, dövlət kimi tanınmalarına görə, məhz türklərə minnətdar olmalıdırlar. Çünki vaxtilə məhz Osmanlı imperiyası ermənilərə lütfkarlıq göstərərək, onlara ölkə idarəçiliyində vəzifələr verdi. Onların dinc yaşamalarına imkan yaratdı. Amma bunun müqabilində ermənilər nə etdi? Onlar Osmanlının ağır və çətin günlərində türklərə arxadan zərbə vurdular.

Qeyd edək ki, həmin lütfkarlığı ermənilərə azərbaycanlılar da göstərib. 1918-ci ildə Batum müqaviləsindəki 5 nömrəli protokolla İrəvanı müəyyən şərtlərlə ermənilərə verdi. Onların Qarabağda yaşamalarına şərait yaratdı.

Qeyd edim ki, ermənilərdə atalar sözünün haradan yarandığı məndə bəzi şübhələr doğursa da, gərək ki, onlarda işlənən bir deyim var: “dünyada bir erməni az, ikisi isə çoxdur”. Əslində, gözəl deyimdir. Elə bil ki, lap ermənilərin boyuna biçilib...

Mənə elə gəlir ki, türklərin ermənilərə göstərdiyi bütün bu humanistliklər barədə Nikol Paşinyan da xəbərsiz olmamalıdır. Amma. neyləyəsən ki, türklər demiş, yazıqlar olsun, erməni baş nazir də əksər erməni həmkarlatı kimi, kor olub bunları görmək istəmir. Amma onun özündənmüşdəbeh şəkildə bundan sonra da türklərlə “düşmənçiliyi idarə etmək” barədə dedikləri çox gülünc görünür. Əslində mən bunu ölüvay bir tülkünün aslana meydan oxumasına bənzədirəm.

Yer gəlmişkən xatırladaq ki, bu gün Ermənistanın müxtəlif dairələrində Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan normallaşdırmağa razı olan ermənilər də var. Amma, belə görünür ki, onların istəyi yetərli deyil: yəni, əksər ermənilər daha çoxuna iddia edirlər

...Gərək ki, bizdə belə bir məsəl var, deyərlər, köpəyin duası yerinə yetsəydi, onda göydən gündə sümük yağardı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...